RU

Qəzzaya hücuma etiraz edənlər Netanyahunun iqamətgahı önündə çadır qurdular

İsrailin Fələstinin Qəzza şəhərinə hücumuna etiraz edən insanlar İsrailin baş naziri Binyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurublar.

Musavat.com xəbər verir ki, məlumatı Ynet portalı yayıb.

Bildirilir ki, polis İsrail baş nazirinin iqamətgahından 300 metr radiusda ərazini mühasirəyə alıb.

Bundan əvvəl Axios portalı İsrail rəhbərliyindəki mənbəyə istinadən xəbər vermişdi ki, İsrail sentyabrın 15-də Fələstinin Qəzza şəhərinə nəzarəti bərqərar etmək məqsədi ilə bu şəhərə hücuma başlayıb. Son məlumatlara görə, İsrailin güclü aviazərbələri nəticəsində Qəzzada 60-dan çox insan həlak olub.

Musavat.com

Избранный
40
1
musavat.com

2Источники