RU

Tramp Rusiya ilə münasibətlərin kəskin həddə keçirməkdən yayınır

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti D.Trampın bu açıqlaması bir daha göstərir ki, ABŞ Ukrayna ilə Rusiya arasında məlum müharibənin nizamlanmasına dair Avropa Birliyindən fərqli baxışlara malikdir. Tramp Ukrayna və Avropa Birliyinə Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getmədən problemin perspektivdə həllinin müşkül ola biləcəyi ilə baxışları aşılayır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov Trampın Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər güclü olmadığına dair fikrinə münasibətində deyib.

O, qeyd edib ki, müharibənin daha agır və üzücü mərhələsinə keçmədən AB müharibə kabusunu onun sərhədləri önündə saxlamağı məsləhət bilir: "Görunur qarşısına qoyduğu vəzifərin həlli naminə Tramp Rusiya ilə əməkdaşlığın ABŞ üçün əməli əhəmiyyət kəsb edəcəyinin mahiyyətinə varır, anlayır ki, məlum problemlərin perspektiv həlli Rusiya ilə qarşıdurmadan deyil, onunla qarşılıqlı, faydalı əməkdaşlıqdan keçir. Bundan əlavə Arktikanın zəngin resurslarına çıxış üçün də Putin ona cox cəzbedici təkliflər paketi irəli sürüb.

Tramp Rusiya ilə münasibətləri kəskin həddə keçirməkdən yayınır, çunki ona Çinlə iqtisadi qarşıdurmada Rusiyanın loyallığına nail olmaq lazımdır. Son vaxtlar güclənməkdə olan yeni koalisiyanın ortaq maraqları və eyni səngərdə yer almaları (Çin, Rusiya və Şimali Koreya) Trampı çox narahat edir. O bu alyansın divarında çatın yaranmasına çalışır.

Tramp sanksiyaların səmərəsizliyinin də mahiyyətinə varır, bununla belə Avropa bazarlarından Rusiyanın tam mənada sıxışdırılb çıxarılmasına çalışır. ABŞ Avropanın enerji təhlukəsizliyində Rusiyanın çəkisinin tam mənada azaldımsına çalışır.

Tramp AB Rusiyaya münasibətdə yekdil mövqenin hələ də formalaşmamasının mahiyyətinə varır. Bəllidir ki, söhbət Macarıstan, Slovakiya və Serbiyanın antirusiya sanksiyalarına qarşı mövqelərində gedir. Tramp yaxın perspektivdə Rusiya və AB arasında munasibətlərdə etimadsızlıığın güclənəcəyini düşünür.

Belə bir hal isə AB-ni özunun iqtisadi və maliyyə asılılığnda saxlamaq istəyən maraqlarına cavab verir".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
icma.az

1Источники