RU

“Habertürk” və “Show TV”nin sahibi azadlıqda: Ədalət öz yerini tapacaq

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Türkiyəin məşhur telekanalları olan “Habertürk” və “Show TV”, o cümlədən Bilim Universiteti də daxil olmaqla 121 şirkəti özündə birləşdirən  "Can Holdinq"lə bağlı məhkəmə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sentyabrın 11-də İstanbul şəhərinin Küçükçekmece Prokurorluğu cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq və çirkli pulların yuyulması cinayətləri ilə bağlı qandalladığı adıçəkillən holqfinqin sahibi dünən şərti azadlığıa buraxılıb.

"Can Holdinq"in İdarə Heyətinin sədri Kənan Tekdağ azadlığa çıxdıqdan sonra verdiyi ilk açıqlamada özünü günahsız sayıb: "Həyatımızı şərəf, ləyaqət və ədalət üzərində qurmuşuq. Bu dəyərlərə zidd olan heç bir şeyə getməmişik. Əminəm ki, ədalət sonda öz həqiqətini tapır, tapacaq".

Məlumat üçün bildirək ki, onunla bir yerdə saxlanılan  5 nəfər isə həbsxanaya göndərilib.

Məlumata görə, əməliyyat çərçivəsində “Habertürk” və “Show TV” də daxil olmaqla "Can Holdinq"ə bağlı olan 121 şirkətə "əl qoyulub"

Samir MUSAYEV

mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
mia.az

1Источники