RU

Seyran Ohanyan sülh sərhədləri ni aşır RƏY

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Tural İrfan: "Qərb Rusiyaya heç cür imkan verməz ki, Ermənistanda üstünlük əldə etsin"

Ermənistanın keçmiş müdafiə naziri, hərbi cinayətkar Seyran Ohanyan ölkəsində mümkün hakimiyyət dəyişikliyindən danışıb. O, hazırkı hökumətin Azərbaycanla apardığı sülh danışıqlarına və iki ölkə arasında əldə edilmiş razılaşmalara qarşı olduğunu bildirib. Ohanyan qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar yenidən aparılacaq. Xatırladaq ki, Seyran Ohanyan 1990-cı illərdə Azərbaycan ərazisinin işğal edilməsinin və bu zaman baş verən saysız hərbi cinayətlərin müəlliflərindən biridir.

Onun barəsində Azərbaycanda soyqırımı, əhalini məcburi köçürmə və digər hərbi cinayətlər üzrə iş açılıb. Ohanyan Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində birbaşa iştirak edib. Bunlar ən müxtəlif müharibə cinayətləri - insanların öldürülməsi, mülki obyektlərin məhv edilməsi, vandalizm, talan, separatizm dağıntılar və sair epizodlarla bağlıdır. Azərbaycan artıq Ermənistanda baş verə biləcək mümkün hadisələrin sülh prosesinə pozucu təsirləri və bunun nəticələri barədə xəbərdarlıq edib. Xatırladaq ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan da ölkədə rejim dəyişikliyi məsələsinin hər zaman aktual olduğunu bildirib. 

Siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, Rusiya və İranın Ermənistandakı müxalif qüvvələri və revanşistləri hakimiyyətə qarşı təhrik etməsi sülh prosesinə müdaxilə edərək öz maraqlarını həyata keçirmək planının tərkib hissəsidir. Ekspert vurğulayıb ki, Rusiya Ermənistan daxilində Kilsəni və köhnə hakimiyyətin üzvlərini ayağa qaldırmaqla məşğuldur: 

"Ancaq bu cəhdlərin baş tutacağı real görünmür. Ermənistanda xalqın rəyi hakimiyyətin sülh proqramına uyğundur. Həm də ABŞ-nin və Avropanın bu prosesi dəstəkləməsi faktı ortadadır. Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsi zəminində Qərb Rusiyaya heç cür imkan verməz ki, Ermənistanda da üstünlük əldə etsin. Bütün bunlara rəğmən, seçki öncəsi vəziyyətin canlanacağı gözləniləndir. Revanşist qüvvələrin tam zərərsizləşdirilməsi labüddür. Görünür, Nikol Paşinyan seçki öncəsi Rusiyanın əlində alətə çevrilən fiqurları zərərsizləşdirməyə məcbur olacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
1
sherg.az

2Источники