ABŞ prezidenti Donald Tramp federal hökumətin cinayətkarlıqla mübarizə səyləri çərçivəsində Milli Qvardiyanın Tennessi ştatının Memfis şəhərinə göndərilməsi haqqında memorandum imzalayıb. Musavat.com xəbər verir ki, o, müvafiq sənədi jurnalistlərin iştirakı ilə imzalayıb və Tennesinin respublikaçı qubernatorunun bundan şad olduğunu deyib.
Onun sözlərinə görə, yerli hakimiyyət ictimai təhlükəsizliyi və asayişi bərpa etmək üçün federal yardım tələb ediblər: “Mən Memfisin hüquq-mühafizə orqanlarının mümkün olan ən yüksək federal yardımı almasını təmin etmək üçün tez hərəkətə keçəcəyəm".
Sənədə əsasən, Memfisdə Milli Qvardiya, FTB, Alkoqol, tütün, odlu silahlar və partlayıcı maddələrin dövriyyəsinə qarşı mübarizə bürosu, İmmiqrasiya və Gömrük Mühafizəsi Bürosu, Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ marşalları yerləşdiriləcək.
Memorandumu imzalamadan əvvəl Tramp jurnalistlərə bildirib ki, Memfisdəki federal reaksiya Vaşinqtonda etdiklərinə bənzəyəcək, burada yerli polis idarəsini federal nəzarətə götürüb Milli Qvardiya qoşunlarını yerləşdiriblər.
ABŞ prezidenti istisna etməyib ki, federal hüquq-mühafizə qüvvələrinin yerləşdiriləcəyi növbəti şəhərlər Çikaqo (İllinoys), Sent-Luis (Missuri) və Yeni Orlean (Luiziana) ola bilər.
Qeyd edək ki, memorandum imzalanmazdan əvvəl Tramp Ağ Evdə Tennesi qubernatoru Bill Lini qəbul edib.
Musavat.com