RU

Az yatmaq ürəyi hədəf alır: 3 gecəlik yuxusuzluq böyük risk yaradır

Mütəxəssislər sağlam həyat üçün keyfiyyətli və davamlı yuxunun vacibliyini vurğulayırlar.
 

Pravda.az bildirir ki, cəmi 3 gecə az yatmağın (təxminən 4 saat) belə qanda ürək-damar xəstəlikləri ilə əlaqəli dəyişikliklərə səbəb olduğu müəyyən edilib. 16 sağlam gənc üzərində aparılan sınaqlarda iştirakçılar həm normal yuxu (8,5 saat), həm də məhdud yuxu (4,25 saat) rejimində izlənilib.


Nəticələr göstərib ki, yuxusuzluq bədənin stress və xəstəliklə mübarizə zamanı istehsal etdiyi iltihabi zülalların səviyyəsini artırır. Bu isə uzun müddət davam etdikdə damar zədələnməsi, ürək çatışmazlığı, koronar xəstəlik və ritm pozuntuları riskini yüksəldir.


Araşdırma həmçinin göstərib ki, pis yuxudan sonra bədənin idmana verdiyi faydalı reaksiyalar da zəifləyir. Alimlər bildirirlər ki, hətta gənc və sağlam şəxslərdə belə yuxusuzluq ürək sağlamlığına ciddi təsir göstərir, yaşlı insanlarda isə risk daha da artır.


Əminə Bayramova 

Tarix: 16 Sentyabr 2025, 08:54   
Избранный
7
pravda.az

1Источники