Nazirliyin saytında yerləşdirilən məlumata görə, Madriddə Çin-Amerika ticarət danışıqları zamanı tərəflər "açıq, dərin və konstruktiv fikir mübadiləsi" aparıb və əməkdaşlıq və investisiya maneələrinin azaldılması yolu ilə "TikTok ilə bağlı məsələlərin düzgün həllinə dair əsas konsensus" əldə ediblər. Bununla əlaqədar Çin və ABŞ-ın yaxın vaxtlarda müvafiq yekun sənədlərlə bağlı məsləhətləşmələr aparması və daxili təsdiq prosedurlarını həyata keçirməsi planlaşdırılır.
Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng vurğulayıb ki, Çin "qanuni hüquq və maraqlarını qorumaq əzmində sabit qalacaq". Onun sözlərinə görə, Pekin qanun və qaydalara uyğun olaraq TikTok ilə bağlı texniki ixrac yoxlamaları aparacaq. Çin hökumətinin sədr müavini Pekinin milli müəssisələrə "bazar prinsipləri əsasında tərəfdaşlarla bərabərhüquqlu kommersiya danışıqlarının aparılmasında" dəstək verdiyini vurğulayıb: "Çin-ABŞ ticarət və iqtisadi əlaqələrinin mahiyyəti qarşılıqlı fayda və əməkdaşlıqdır ki, bu da hər iki tərəfin xeyrinədir. Çin və ABŞ-ın əməkdaşlıq üçün geniş imkanları və geniş ümumi maraqları var. Əməkdaşlıq qarşılıqlı fayda gətirir, qarşıdurma isə zərər verir".
Baş nazirin müavini həmçinin ümidvar olduğunu bildirib ki, Vaşinqton Çin tərəfi ilə qarşılıqlı anlaşma istəyi nümayiş etdirəcək və Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirləri dərhal aradan qaldıracaq, iki ölkə arasında ticarət və iqtisadiyyat sahəsində əlaqələrin sabit və davamlı inkişafı üçün birgə əlverişli şərait yaradacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin sentyabrın 19-na planlaşdırılan telefon danışığında Çin TikTok-un ABŞ-da gələcək fəaliyyəti ilə bağlı razılaşmanın yekun şərtlərini təsdiq edəcəkləri gözlənilir.