RU

Tramp Milli Qvardiyanı Memfis şəhərinə göndərir

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tennessi ştatının Memfis şəhərindəki cinayətlə mübarizəyə rəhbərlik etmək məqsədi daşıyan Memfis Təhlükəsiz üzrə Operativ Qrupu yaratmaq haqqında əmr imzalayıb.

Hafta.az xəbər verir ki, ABŞ Prezidenti bu məqsədlə Milli Qvardiyanı Memfisə göndərəcəyini deyib.

O, bildirib ki, Milli Qvardiya ilə yanaşı qrup tərkibində Narkotiklərlə Mübarizə İdarəsi, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi, Alkoqol, Tütün, Odlu silah və Partlayıcı Vasitələr üzrə Büro və ABŞ Marşal Xidmətinin əməkdaşları da olacaq.

Prezident əlavə edib ki, operativ qrup paytaxt Vaşinqtonda cinayətkarlıqla mübarizə sahəsində görülən işləri icra edəcək.

O, yaxın vaxtlarda Çikaqoya da oxşar federal operativ qrup göndərməyi planlaşdırdığını açıqlayıb.

Избранный
36
5
hafta.az

6Источники