RU

Kürdəmirdə ağır qəza - Ölən və xəsarət alan var

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nə

 qliyyat hadisəsi baş verib.

"Bakuinfo" "Report"a istnadən xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1988-ci il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Fuad Etibar oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin - 1990-cı il təvəllüdlü Nuriyev Coşqun Cavid oğlu isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü isə qəzadən xəsarət almadan qurtulub.

Faktla bağlı araşdırma aparılır..

Избранный
43
7
bakuinfo.net

9Источники