RU

Xuan Matanın yeni klubu bilindi

"Çelsi"nin və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Xuan Mata karyerasını Avstraliya çempionatında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, 37 yaşlı futbolçu "Melburn Viktori"yə keçib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. 

Təcrübəli ispaniyalı vingerin əvvəlki iş yeri Avstraliyanın digər komandası “Vestern Sidney” olub. 

Xuan ötən mövsüm sözügedən ölkə çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Xatırladaq ki, Mata İspaniya millisi ilə dünya və Avropa çempionu olub. İspan futbolçu İngiltərədə “Mançester Yunayted” və “Çelsi”də oynamaqla yanaşı, vətənində uzun müddət “Valensiya”da da çıxış edib.

Избранный
32
2
fanat.az

3Источники