RU

“Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib (FOTO)

Bakı. Trend:

“Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City”Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqustaylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

Trend xəbərverir ki, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmətmərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədənmənşə və ixrac sertifikatlarının alınması, gömrükrəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s.xidmətlər üçün müraciət ediblər.

Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çoxixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dənçox xidmət göstərilir.

Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinintabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan RespublikasınınPrezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət GömrükKomitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdimedilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdədigər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması danəzərdə tutulur.

Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zərurixidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına vəxərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan,operativ və fasiləsiz həllinə imkan verir.

“Xaçmaz
“Xaçmaz
“Xaçmaz
Məqalədə:
Избранный
23
6
az.trend.az

10Источники