PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanın Çempionlar Liqasının 1-ci turunda "Atalanta" ilə sabahkı görüşdə iştirak edib-etməyəcəyi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barəd "RMC Sport" məlumat yayıb.
Son müayinələr gürcü futbolçunun optimal vəziyyətdə olduğunu və Liqa 1-in 4-cü turunun “Lens”lə oyununda (2:0) aldığı zədəni sağaltdığını göstərib.
24 yaşlı hücumçu sözügedən matçda meydana çıxa biləcək.
Xatırladaq ki, Kvaratsxeliya görüşün 30-cu dəqiqəsində baldırından zədə alıb və əvəzlənib.