RU

Mexikoda yük maşını partladı -  15 ölü

Mexikoda sentyabrın 10-da baş vermiş mayeləşdirilmiş qazla dolu avtosisternin partlayışı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, 38 nəfər isə hələ də xəstəxanadadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Meksika paytaxtının səhiyyə naziri Nadin Qassman məlumat verib.

"Bizə yeni məlumat verildi – daha bir nəfər dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 15-ə çatdı", - "La Razon" nəşri Qassmanın sözlərini sitat gətirib.

Nazir əlavə edib ki, xəstəxanalarda müalicə alan 38 nəfərdən 14-ü ağır vəziyyətdədir, onların bədənində çoxsaylı yanıq xəsarətləri var.

Hadisə 10 sentyabrda Mexikonun İstapalapa rayonundakı avtomobil qovşağında baş verib. Partlayış nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib.

Избранный
13
1
bakivaxti.az

2Источники