RU

"Qəzza alovlar içindədir" - Katz

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin “alovlandığını” bildirib və Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məhv edilənə və 2023-cü ilin oktyabrında silahlılar tərəfindən oğurlanan girovlar azad edilənə qədər hücumu davam etdirmək planlarını təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb

Katz Ä°srail Müdafiə Qüvvələrinin HƏMAS infrastrukturuna “dəmir yumruq”la zərbələr vurduğunu və İsrail əsgərlərinin girovların azad edilməsi və radikalların məğlubiyyətinə şərait yaratmaq üçün “igidliklə döyüşdüyünü” deyib.

Katz vurğulayıb ki, İsrail öz missiyası tamamlanana qədər geri çəkilməyəcək və təzyiqi azaldmayacaq. Sentyabrın 16-na keçən gecə İsrail Qəzza şəhərini ələ keçirmək üçün hərbi əməliyyata başlayıb. 

Избранный
27
adalet.az

1Источники