RU

2026-cı ildə dövlət büdcəsi hara xərclənəcək? - SİYAHI

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,423.0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67.0 milyon manat və yaxud 0,2 faiz çoxdur.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Növbəti ildə dövlət büdcəsinin xərcləri 41,548.6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 141.0 milyon manat və ya 0,3 faiz artım deməkdir.

2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,125.6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 74.0 milyon manat və ya 2,4 faiz çoxdur.

2026-cı ildə dövlət büdcəsində xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Gələn il büdcə gəlirlərinin 42,6 faizi və ya 16,350.0 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,073.0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Gələn ilin əsas büdcə xərclərinin hara ayrılacağı da açıqlanıb:

- 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5776.5 milyon manat (xüsusi çəkisi 13,9 faiz),
- müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat (xüsusi çəkisi 21,0 faiz),
- məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz),
- təhsil xərclərinə 4985.8 milyon manat (xüsusi çəkisi 12,0 faiz),
- səhiyyə xərclərinə 2052.4 milyon manat (xüsusi çəkisi 4,9 faiz),
- sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4873,0 milyon manat (xüsusi çəkisi 11,7 faiz),
- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 568,6 milyon manat (xüsusi çəkisi 1,4 faiz),
- mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 298,2 milyon manat (xüsusi çəkisi 0,7 faiz),
- kənd təsərrüfatı üzrə xərclərinə 1092,1 milyon manat (xüsusi çəkisi 2,6 faiz),
- ətraf mühitin mühafizəsi üzrə xərclərinə 357,2 milyon manat (xüsusi çəkisi 0,9 faiz),
- iqtisadi fəaliyyət xərclərinə 7630,7 milyon manat (xüsusi çəkisi 18,4 faiz),
- əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1645.7 milyon manat (xüsusi çəkisi 4,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,125.6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2,600.6 milyon manatının (83,2 faiz) borclanma, 400.0 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125.0 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Избранный
36
4
modern.az

5Источники