RU

Amerikalı nazir: Vəmanət verirəm ki, müharibə 60 və ya 90 günə bitəcək

Avropa Rusiya neftindən gələn gəlirlərin azaldılmasına töhfəsini verərsə, Ukraynada müharibə 2-3 aya bitə bilər...

Poliqon xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Reuters və Bloomberg-ə birgə müsahibəsində deyib.

Nazir bildirib ki, Avropa ölkələri Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha fəal rol oynamalıdırlar. O, Avropa ölkələri Çin və Hindistana yüksək rüsumlar tətbiq etmədikcə, Tramp administrasiyasının Çinin Rusiya neftinin alışını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcəyini vurğulayıb: "Biz avropalıların üzərinə düşəni etmələrini gözləyirik və avropalılar olmadan biz irəliləməyəcəyik".

Bessent xatırladıb ki, Tramp Rusiyanı əsas gəlir mənbəyi olan neft gəlirlərindən məhrum etmək üçün Avropa ölkələrini Çin və Hindistana 50%-dən 100%-ə qədər tariflər tətbiq etməyə çağırır. Eyni zamanda o, bəzi Avropa ölkələrinin Rusiya neftini almasını, digərləri isə Hindistanda emal olunan neft məhsullarını Rusiya neftindən almasını tənqid edərək, bunun münaqişənin maliyyələşdirilməsinə töhfə verdiyini bildirib.

"Mən sizə zəmanət verirəm ki, Avropa Rusiya neftinin alıcılarına əhəmiyyətli dərəcədə ikinci dərəcəli tariflər tətbiq etsə, müharibə 60 və ya 90 günə bitəcək", deyə nazir əlavə edib.

Bessent həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiya şirkətlərinə, o cümlədən Rosneft və Lukoyl kimi iri neft şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirmək və Moskvanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra dondurulmuş Rusiyanın suveren aktivlərindən daha aktiv istifadəyə hazırlaşmaq üçün Avropa ölkələri ilə işləməyə hazırdır.

Onun sözlərinə görə, buna əvvəlcə dondurulmuş 300 milyard dollarlıq aktivlərin kiçik hissələrini yığışdırmaqla və ya onları Ukraynaya kredit üçün girov kimi xidmət edə biləcək xüsusi hüquqi şəxsə yerləşdirməklə nail olmaq olar.

Poliqon.info

Избранный
95
6
poliqon.info

7Источники