RU

Saleh Məmmədov Avstriyada EHF-in konqresində iştirak edəcək

Sentyabrın 19-20-də Avstriyanın Burgenland bölgəsində Avropa Həndbol Federasiyasının (EHF) 17-ci konqresi keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbirdə təşkilati məsələlər, federasiyanın 2023–2024-cü illərə dair maliyyə hesabatları, gələcək illər üçün büdcə və planlar müzakirə olunacaq.

Eyni zamanda, EHF-nin prezidenti, vitse-prezidentləri, komissiya sədrləri və üzvləri 2025–2029-cu illər üçün yenidən seçiləcək.

Ölkəmizi konqresdə AHF-nin prezidenti Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcək.

İdman.biz

Избранный
80
1
idman.biz

2Источники