RU

Gələn ilin dövlət büdcəsi neftin bu qiyməti əsasında hesablanıb

Azərbaycanın 2026-cı il dövlət büdcəsi neftin 65 dollarlıq dünya bazar qiyməti əsasında hazırlanıb.

Musavat.com Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə parametrlərinə istinadən xəbər verir ki, qərar İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin avqust ayında təqdim olunan proqnozlara əsasən verilib.

Həmin proqnoza görə, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-2029-cu illərdə 65 dollar təşkil edəcək. Bu qiymətlə manatın məzənnəsinin qeyd olunan dövrdə sabit qalacağı gözlənilir.

Musavat.com

Избранный
35
musavat.com

1Источники