RU

Rəqabəti məhdudlaşdırma ilə bağlı cərimələrə dəyişiklik edilir

Bakı. Trend:

İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə aid olan CinayətMəcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma”maddəsinin də həm adı, həm də dispozisiyasına dəyişiklikedilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan CinayətMəcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, təsərrüfat subyektlərinin digərrəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazaradaxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıranvasitələrin tətbiqi barədə kartel sövdələşməsi, belə sövdələşmədəiştirak etmə, yaxud rəqabətin qarşısının alınmasına, aradanqaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan və ya səbəbola bilən bazar maneələrini yaratma, məhdudlaşdırıcı fəaliyyətavasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərinietmə qanunvericiliyə uyğun cəzalandırılır.

Təklif edilən dəyişikliyə əsasən, rəqabət qanunvericiliyininpozulması, yəni qanunla yol verilən hallar istisna olmaqla rəqabətiməhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması,uyğunlaşdırılmış bu cür hərəkətlərin edilməsi və ya hökmranmövqedən sui-istifadə etmə, bu əməllər xeyli miqdarda ziyanvurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdəmüvafiq cəza tətbiq ediləcək.

Mövcud qanunvericiliyə əsasən, bu əməllər üzrə “xeyli miqdar”dedikdə 10 min manatdan 50 minmanatadək olan məbləğ, “külli miqdar” dedikdə 50min manatdan artıq olan məbləğ başa düşülür.

Təklif edilən dəyişikliyə əsasən bu əməllər üzrə “xeylimiqdar” dedikdə 200 min manatdan yuxarı, lakin500 min manatdan artıq olmayan məbləğ, “küllimiqdar” dedikdə 500 min manatdan yuxarı, lakin1 milyon manatdan artıq olmayan məbləğ, “xüsusiləkülli miqdar” dedikdə 1 milyon manatdan yuxarıolan məbləğ başa düşüləcək.

Qeyd edək ki, layihədə yuxarıdakıların da yer aldığı“İnhisarçılıq hərəkətləri məhdudlaşdırma rəqabəti” maddəssininadının “Rəqabəti məhdudlaşdırma” kimi dəyişdirilməsi təklifedilir.

Избранный
32
1
az.trend.az

2Источники