RU

Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri artırılır

Bakı. Trend:

Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləriartırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsaəsnn, Vəkillər Kollegiyasının RəyasətHeyəti:

  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını (konfransını)çağıracaq və onun qərarlarının icrasını təşkil edəcək;
  • Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həlledəcək, bu Qanunda nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinəxitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirəcək, vəkilreyestrini aparacaq;
  • dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın(vəsaitin) ödənilməsi ilə bağlı sənədləşmə qaydasını müəyyənedəcək, dövlət hesabına hüquqi yardım göstərən vəkillərinnövbətçilik siyahılarını təsdiq edəcək və aidiyyəti dövlətorqanlarına (qurumlarına) təqdim edəcək;
  • Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyinedəcək;
  • ixtisas imtahanının qaydasını və onun keçirilməsinindövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edəcək;
  • vəkillik fəaliyyətinin statistikasını aparacaq, təcrübəniümumiləşdirəcək və vəkillik fəaliyyətinin həyata keçirilməsiməsələlərinə dair metodik tövsiyələr hazırlayacaq;
  • vəkillərin həvəsləndirməsi qaydasını müəyyən edəcək vəvəkillərin həvəsləndirilməsini həyata keçirəcək;
  • vəkillər barəsində intizam icraatı başladacaq və bu Qanundanəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edəcək;
  • vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsindəməlumatlandırma işinin aparılmasını təşkil edəcək;
  • Rəyasət Vəkillər Kollegiyası Heyəti aparatının strukturunu,ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiqedəcək;
  • Vəkillər Kollegiyasının regional qurumlarını (mərkəzlərini),hüquqi yardım mərkəzlərini və tədris mərkəzlərini yaradacaq,onların aparatlarının strukturunu, ştat cədvəlini, illik büdcəsinivə işçilərin əməkhaqqını təsdiq edəcək;
  • Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarlarınicrasının təmin edilməsi ilə bağlı Vəkillər Kollegiyasının regionalqurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədrismərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyətgöstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətindəmonitorinqini aparacaq, onların nəticəsində aşkar edilmişnöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edəcək;
  • vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğinimüəyyən edəcək;
  • Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərcistiqamətlərini müəyyən edəcək;
  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının(konfransının) müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciətiəsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi vəya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbuledəcək;
  • vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Qanununun tələblərinin pozuntusu halını aşkaredərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görəcək;
  • vəkilin xidməti vəsiqəsinin təsviri və nümunəsini müəyyənedəcək;
  • bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələlərihəll edəcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarında qərarlaraçıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslərbərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasınasədrlik edənin səsi həlledici olacaq.

Избранный
39
1
az.trend.az

2Источники