RU

Bir neçə restoran sahibi cərimələndi

Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda havaya zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, nəzərdə tutulan obyektlər Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən "Aynur Forest", Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Çənlibel", "Cənnət bağı", "Yaşıl bağ", Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Salam", "Çeşmə" restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Malibu" istirahət mərkəzidir.

Избранный
3
12
publika.az

10Источники