RU

Netanyahu Trampa Qətər hücumunu əvvəldən xəbər verib?

İsrailin baş naziri Benyamin Netanyahu ötən çərşənbə axşamı səhər ABŞ prezidenti Donald Trampla telefon danışığı apararaq, İsrailin Qətərdəki HƏMAS rəhbərliyinə qarşı hücuma hazırlaşdığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə "Axios" nəşri İsrail və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Lakin Ağ Ev hücumdan yalnız raketlər havaya qalxdıqdan sonra xəbər tutduğunu və Trampa qarşı çıxmaq imkanı verilmədiyini iddia edir. ABŞ rəsmilərinə görə, İsrailin Dohadakı əməliyyatı barədə ilk məlumat saat 08:51-də daxil olub, halbuki Netanyahu ilə Trampın danışığı bundan az əvvəl baş tutub.

İsrail rəsmiləri iddia edir ki, Tramp zərbədən əvvəl xəbərdar olub və istəsəydi, əməliyyatı dayandıra bilərdi.

Ağ Ev isə bildirir ki, ABŞ yalnız hücum başlayandan sonra məlumatlandırılıb.

Tramp da əvvəlcə hücumdan əvvəl xəbərdar edilmədiyini söyləyib, lakin daha sonra açıqlamasını dəyişərək "ictimaiyyətin hücum barədə əvvəlcədən məlumatlı olduğunu" iddia edib.

Dohadakı zərbə ABŞ-ın əsas müttəfiqi olan Qətərlə münasibətləri gərginləşdirib, Vaşinqtonla Təl-Əviv arasında isə fikir ayrılığı yaradıb. İsrail tərəfi hadisənin məsuliyyətini üzərinə götürsə də, ABŞ rəsmiləri Netanyahunun davranışını "çox riskli addım" kimi qiymətləndirir.

Fidan
Milli.Az

Избранный
31
50
milli.az

10Источники