RU

Gələn il Azərbaycanda inflyasiya azalacaq - RƏSMİ

Azərbaycan hökuməti 2026-cı ildə inflyasiyanın 4,8 faiz olacağını gözləyir.

Musavat.com xəbər verir ki, bu proqnoz “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əksini tapıb.

Sənədə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,4 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 4,2 faiz olacağı gözlənilir – 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə 4,5 faiz, 2028-ci ildə 4,3 faiz, 2029-cu ildə isə 4,2 faiz.

Musavat.com 

Избранный
22
5
musavat.com

6Источники