RU

Yuxusuzluğa ən çox meylli insan tipi müəyyənləşdi

Beynəlxalq alimlərin apardığı tədqiqat yuxusuzluğun daha çox hansı insanlarda müşahidə olunduğunu ortaya çıxarıb.

Editor.az xəbər verir ki, Journal of Sleep Research jurnalında dərc edilən araşdırmaya görə, yüksək nevrotiklik səviyyəsinə malik şəxslər daha güclü yuxusuzluq əlamətləri bildirirlər.

Mütəxəssislər qeyd ediblər ki, bu əlaqədə əsas rol oynayan faktor narahatlıqdır. Nevrotikliyi yüksək olan insanlar daha çox təşviş və əsəbilik yaşadıqları üçün yuxuya getməkdə və yuxunu davam etdirməkdə çətinlik çəkirlər. Əksinə, yeniliklərə açıq və intizamlı şəxslərdə yuxusuzluq simptomları daha zəif müşahidə olunub.

Alimlərin qənaətinə görə, şəxsiyyət xüsusiyyətlərinin öyrənilməsi yuxu pozğunluqlarının müalicəsini fərdiləşdirməyə imkan verə bilər. Bununla belə, tədqiqatçılar müşahidələrin birbaşa səbəb-nəticə əlaqəsini tam təsdiqləmədiyini vurğulayıblar.

//Gülnarə Abasova, Editor.az

Избранный
56
editor.az

1Источники