RU

Türkmənistan və Gürcüstan əməkdaşlığı gücləndirir

BAKI, 16 sentyabr. TELEQRAF

Tbilisidə Türkmənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmırat Seyitməmmədov və tanınmış gürcü rejissor Tengiz Malaniya arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Əsas müzakirə mövzusu Türkmənistanın neytrallığının 30-cu ildönümünə və 2025-ci ilin Sülh və Etimad İli elan edilməsinə həsr olunmuş mədəni və diplomatik təşəbbüslər olub.

Əsas layihələrdən biri də Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkiləcək sənədli filmdir. Bu film iki ölkə arasında siyasi əməkdaşlıq, ticarət, nəqliyyat və mədəniyyət kimi sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıqdan bəhs edəcək.

Hər iki tərəf bu layihənin ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcəyinə və qarşılıqlı inkişaf üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.

Избранный
47
teleqraf.com

1Источники