RU

Tramp Zelenski ilə Nyu-Yorkda görüşəbilər

ABŞ prezidenti Donald Tramp yaxın həftə Nyu-Yorkda Ukrayna lideri Vladimir Zelenski ilə görüşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivə səfər ərəfəsində açıqlama verib.

Rubionun sözlərinə görə, Tramp indiyədək Zelenski ilə bir neçə telefon danışığı və görüş keçirib, yaxın zamanda isə yenidən görüş ehtimalı yüksəkdir.

Sky News-un məlumatına görə, Zelenski Qərbdən narazılığını ifadə edib. Onun fikrincə, ABŞ və Avropa Rusiyaya qarşı kifayət qədər təzyiq göstərmir.

Kremlin sözçüsü Dmitri Peskov isə hazırda Rusiya–ABŞ–Ukrayna sammiti ilə bağlı hər hansı məlumatın olmadığını bildirib.

Bununla yanaşı, Tramp üçtərəfli görüşün “nisbətən tez bir vaxtda” baş tutacağına inandığını deyib və Rusiya prezidenti Vladimir Putinlə Zelenskinin görüşü məsələsinin yaxın vaxtlarda həll olunacağını vurğulayıb.

Nuriyyə NATİQQIZI

Избранный
41
redaktor.az

1Источники