ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
63 yaşlı qadın katarakta əməliyyatı olunub, sağ gözünün görmə qabliyyəti daha da pisləşib.
Bu iddianı Binəqədi rayon sakini Tovus Alıyeva irəli sürüb.
Tovus Alıyeva iddia edir ki, 2021-2023-cü illərdə özəl klinikalardan birində iki dəfə həkim Aygün Rəhimzadə tərəfindən gözündən əməliyyat olunub. Əməliyyatlar uğursuz olub və hazırda sağlamlığın 60 faiz itirildiyinə görə ona əlillik təyin edib.
O, iddia edir ki, əvvəlcə sol, 1 həftə sonra isə sağ gözündən əməliyyat olunub.
İkinci əməliyyatının çox ağır keçdiyini iddia deyən Tovus Alıyeva iddia edir ki, həkimdən bunun səbəbini soruşduqda ona bildiriblər ki, sağ gözündə qanaxma baş verib. Bu məsələ klinikadan aldığı epikrizdə də qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.