RU

Ançelotti 40 yaşlı futbolçunu Braziliya millisinə çağırır Özü açıqladı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Fluminense"nin təcrübəli müdafiəçisi Tyaqo Silvanın milliyə çağırılmasının mümkünlüyü ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə Ançelotti ESPN-ə açıqlamasında belə deyib: 

"Silvanı yaxşı tanıyıram. Onunla "Milan" və PSJ-də işləmişəm. Futbolçunu çağırmağa qərar verərkən onun yaşına baxmıram. Silva digər namizədlərdən üstündürsə, niyə onu çağırmayaq? "Real"da ən yaxşı oyunçulardan biri təcrübəli Modriç idi. "Milan"da kapitan 40 yaşlı Paolo Maldini idi". 

Xatırladaq ki, sentyabrın 22-də Tyaqo Silvanın 41 yaşı tamam olacaq.

Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi artıq 2026-cı il dünya çempionatında vəsiqəni rəsmiləşdirib.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
2
fanat.az

3Источники