ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Fransa millisinin sabiq üzvü, əfsanəvi futbolçu Tyeri Anri “Qarabağ”dan danışıb.
Redaktor.az xəbər verir ki, o, Azərbaycan klubundan Çempionlar Liqasında bu gün “Benfika”ya qarşı keçirəcəyi oyunda sürpriz gözlədiyini bildirib:
“Bu gün Çempionlar Liqasında iki komandadan sürpriz gözləyirəm. Biri “Qarabağ”dır, digəri “Marsel”. Hər iki komandanın səfərdə xalla qayıdacağını düşünürəm”.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı bu gün saat 23:00-da başlayacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.