RU

Texniki qulluğu gecikdirdikdə hansı çətinliklər yaranır? XARİCİ TƏCRÜBƏ

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda sovetdən qalma bir yanaşma mövcuddur: işləyən texnikaya əl vurmaq olmaz. Başqa sözlə, şəxsi sağlamlığımıza olan münasibətimiz avtomobilə münasibətdən fərqlənmir. Bəs başqa ölkələrdə vəziyyət necədir?

Avtosfer.az xəbər verir ki, Avropa ölkələrində avtomobilə texniki baxışla yanaşı, texniki qulluqda da ciddi reqlamentləşdirmə mövcuddur. Texniki baxışdan vaxtında keçməyən avtomobilin sahibini ölkəyə görə 100-500 avro arası cərimə gözləyir. Əlavə olaraq maşının istismarına da qadağa qoyulur.

Texniki qulluqda isə vəziyyət fərqlidir. Onun gecikdirilməsinə görə hansısa inzibati məsuliyyət nəzərdə tutulmasa belə, sürücü ciddi ziyana düşə bilər.

Məsələn, təzə avtomobildə texniki qulluq vaxtının keçməsinə görə istehsalçı zəmanəti ləğv edilə bilər. Təbii ki, 1000 kilometrədək gecikməyə görə problem yaşanmır. Lakin bundan yuxarı həddə sürücü çətinliklə qarşılaşa bilər. 

İkinci ciddi məsələ sığortadır. Texniki qulluğun gecikməsinə görə yaranmış qəzada sığorta şirkəti zərəri qarşılamaqdan imtina edə bilər.

Nəzərə alaq ki, avropalılar avtomobildə icra eidlmiş bütün prosedurları servis kitabçasında qeyd etdirirlər. Bu kitabçada müvafiq qeydlərin yoxluğu maşının ikinci əl bazarda satılmasını çətinləşdirir. Həm də qiymətini aşağı salır. 

Yekun olaraq deyə bilərik ki, Avropa ölkələrində texniki baxış məsələsini dövlət tənzimlədiyi halda, texniki qulluğu əsasən cəmiyyət tənzimləyir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
avtosfer.az

1Источники