RU

Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı 14,4% azalıb

BAKI, 16 sentyabr. TELEQRAF

Avqust ayında Türkiyədə əcnəbilərə, ümumilikdə, 1 810 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 77 daşınmaz əmlak alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 14,4 faiz azalma deməkdir.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, avqustda Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 19,8 faiz azalıb. Yanvar-iyul ayları ərzində isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq 13 077 təşkil edib.

Avqustda ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (283). İkinci yerdə İran vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 155 ev alıb. Almaniya vətəndaşları isə ötən ay 118 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, iyulda azərbaycanlılar Türkiyədən 93 mənzil alıb. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.

Избранный
33
teleqraf.com

1Источники