RU

"Seçim düzgün olmayanda valideyn məsələyə qarışır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan ailə institutunda hər zaman böyüyə hörmət, kiçiyə diqqət və qayğı olub. Vaxtilə bu, el arasında adət-ənənə halını alaraq ailə idarəçiliyində nizam-intizam qaydasına çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bunu keçmiş zamanda qeyd etməyimin səbəbi odur ki, sanki bu nizam-intizam qaydası öz təsirini itirmək üzrədir: "Əlbəttə, xalqımız həmişə milli-mənəvi dəyərlərimizi qorumağa çalışıb və müasir dövrün təlatümlərində də bu istiqamətdə əlindən gələni edir. Müasir ailə modelindəki dəyişikliklərin Azərbaycan ailəsinə mənfi təsir göstərməməsi üçün biz də vətəndaş cəmiyyəti olaraq ictimaiyyət arasında maarifləndirmə işlərimizi ləyaqətlə aparmağa çalışırıq.

Ailədaxili münasibətlərdə əsas rollardan biri valideyn-övlad münasibətləridir. Bəzən bu münasibətlərdə fikir ayrılıqları baş verir və həmin fikir ayrılıqları münasibətlərin pozulmasına gətirib çıxarır. Əlbəttə, belə olmasını biz də istəməzdik. Lakin insanın sosial varlıq olduğunu da unutmamalıyıq. Burada genetik faktorlarla yanaşı, ailə tərbiyəsi və ətraf mühit də mühüm rol oynayır. Xüsusilə gənclər daha çox sosial şəbəkələrdən istifadə edən əhali qrupudur. Onların əksəriyyəti ailəsində tapa bilmədiyi sərbəstliyi və “həmsöhbəti” sosial şəbəkələrdə tapır. Bu da bir seçimdir, lakin seçim düzgün olmayanda valideyn məsələyə qarışmaq və etirazını bildirmək istəyir, bu isə gənclərin xoşuna gəlmir və nəticədə valideynlə münasibətlərdə soyuqluq yaranır.

Digər tərəfdən, valideyn bəzən haqsız olaraq övladının istəklərinə qarşı çıxır. Bu, əsasən təhsil almaq, karyera qurmaq və ya istədiyi insanla ailə qurmaq istədiyi hallarda baş verir. Halbuki hər bir insanın seçim hüququ var. Lakin bu hüquq övladın valideyn seçməsində heç bir rol oynamır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
43
1
sia.az

2Источники