RU

“2025 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar xəbərdarlıq edildi

Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 19-dan 21-dək şəhərə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermək, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddətdə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmək, şəhərin mərkəzi hissəsində yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmək, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə, ümumiyyətlə, yola çıxmamaq xahiş olunur.

Hafta.az xəbər verir ki, bu barədə “2025 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.

Müraciətdə qeyd edilir ki, sentyabrın 15-16-17-də yarış zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.

Sentyabrın 18-də səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq:

Giriş nöqtələri:

- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

- M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

- S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;

- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

- Neftçilər prospektindən Bakı Dəniz Limanı və “Crescent Mall” istiqamətində;

- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

- Neftçilər prospektindən Azneft dairəsi və “Dəniz Mall” istiqamətində.

Həmin yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklaması, sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Избранный
31
49
hafta.az

10Источники