Bakı. Trend:
Diplom tanınması üçün son 8 ayda 3480 müraciət əsasında müvafiqekspertiza həyata keçirilib.
Trend xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət TəminatıAgentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu günkeçirilən brifinqdə deyib.
O bildirib ki, 2989 müraciətə müsbət rəy verilib.
"491 nəfərə yəni, 14 % müraciətə isə mənfi rəy verilib.
Mən düşünürəm ki, bu mövzuda maarifləndirmə düzgün aparılsaydı,imtina qərarları da olmazdı"- deyə o əlavə edib.