RU

Tramp Zelenski ilə görüşəcək

Bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio İsraildə jurnalistlərəaçıqlamasındaməlumat verib. O diqqətə çatdırıb ki, Prezident hələ də Kiyev ilə Moskva arasında sülh sazişi bağlamağa ümid bəsləyir.

"Donald Tramp bu günədək Vladimir Putinlə bir neçə dəfə telefonla danışıb, Volodimir Zelenski ilə bir neçə dəfə görüşüb. Növbəti görüş gələn həftə Nyu-York şəhərində, yəni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçirilə bilər. Əgər sülh mümkündürsə, o öz səylərini əsirgəməyəcək.Əlbəttə, elə bir vaxt da gələ bilər ki, bu səylərin nəticə vermədiyini görüb əl çəksin",– Dövlət katibi bildirib.

O vurğulayıb ki, Donald Tramp Rusiya-Ukrayna sülh prosesinə müdaxiləni dayandırsa, yaxud Moskvaya qarşı sanksiyalar irəli sürüb kənara çəkilsə,"dünyada bu münaqişənin həllinə vasitəçilik göstərən heç kəs qalmayacaq".

Firudin Həmidli
AzVision.az
Избранный
31
azvision.az

1Источники