RU

Buraxılış imtahanlarında yenilik olacaq - Məleykə Abbaszadə AÇIQLADI

Builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib. 

"Lakin bu artım hər hansı təşkilati və s. çətinlik yaratmadı və görülən tədbirlər nəticəsində bütün proses uğurla idarə olundu. Bundan əlavə, IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edildi", - Məleykə Abbaszadə qeyd edib.

O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir:

"Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur". 

Избранный
1
29
modern.az

10Источники