RU

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu və regionlarda növbəti “Açıq qapı” günü keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq psixoloq, sosial işçi, sosial pedaqoq və hüquqşünasın iştirakı ilə Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində “Açıq qapı” günü  keçiriləcək.

“Açıq qapı” günü 23 sentyabr 2025-ci il tarixində, saat 11:00-16:00-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının 3.1.9-cu bəndinin icrasına əsasən ailə, qadın və uşaq məsələləri sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə təşkil olunacaq.

Qeyd edək ki, “Açıq qapı” günü, həmçinin 23 sentyabr 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək Dövlət Komitəsinin tabeliyində olan digər Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən də keçiriləcək.

Ünvan və telefonlar

 

Избранный
5
ikisahil.az

1Источники