RU

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib

Bakı. Trend:

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmişkvalifikasiyaların son peşə imtahanının nəticələrinə görəmüvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.

Trend xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət TəminatıAgentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu günkeçirilən brifinqdə deyib.

O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA)sifarişiəsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ciil tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinifmüəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuznəticə əldə edib.

"Belə ki, sözügedən imtahandahəmin ixtisas üzrə 10 nəfərdən 9nəfəri uğursuz nəticəgöstərib, yalnız 1 iştirakçı uğurlu nəticəəldə edib.

Qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsiRusiyaFederasiyası, Türkiyə Respublikası və Gürcüstanın alitəhsilmüəssisələrinin (ATM) məzunlarının payına düşür".

Onun sözlərinə görə, bu istiqamətdə TKTA tərəfindən aparılantəhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyənşəxslər əsasənali təhsil müəssisələrinə hər hansı ciddidəyərləndirməolmadan, yalnız tam orta təhsili bitirmə barədə sənədtəqdimetməklə qəbul olunan şəxslərdir.

"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərivəonların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərəalmağa çağırırıq"- deyə o əlavə edib.

Избранный
38
9
az.trend.az

10Источники