RU

Qeyri-adi hadisə yaxınlaşır – 4 saatdan çox davam edəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu qismən Günəş tutulmasıdır. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından News24.az -a verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.


Избранный
68
2
news24.az

10Источники