RU

Dövlət Miqrasiya Xidmətinin rəisi İsrail Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

BAKI,TurkicWorld

2025-ci il 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “SMART LIFE EXPO – International exhibition in Azerbaijan, 2025” beynəlxalq sərgisi keçiriləcək.

TurkicWorld xəbər verir ki, sərgidə avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları, istehlak malları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış və ofis sistemləri də daxil olmaqla müxtəlif sahələr üzrə istehsalçı şirkətlər iştirak edəcəklər.

Rəsmi açılış mərasiminin 25 sentyabr saat 10:30-da baş tutacağı bildirilib. Tədbirdə Çin səfirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AZPROMO, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Ziyarətçilər və iştirakçılar üçün qeydiyyat

Sərgiyə giriş sərbəstdir. Ziyarətçilər rəsmi link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Öncədən qeydiyyatdan keçmiş şəxslərin təkrar qeydiyyata ehtiyacı yoxdur. 20–25 sentyabr tarixlərində onların elektron poçt ünvanlarına sərgi proqramı və xatırlatma məktubu göndəriləcək.

Şirkətlər üçün imkanlar

Sərgidə iştirak edən şirkətlər tanıtım və reklam məqsədilə stend icarəyə götürmək, flayer və promo məhsullar paylamaq, rollap yerləşdirmək imkanına sahib olacaqlar.

Xüsusi aksiya çərçivəsində stend icarəyə götürən şirkətlərin məhsul və xidmətləri milli B2B elektron ticarət platformalarında – b2bask.az və b2bagro.az – pulsuz yerləşdiriləcək, onların internet mağazaları ödənişsiz yaradılacaq.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 50 475 57 28

Избранный
20
turkic.world

1Источники