RU

TAYVANDA YENİ MÜLKÜ MÜDAFİƏ KİTABÇASI AÇIQLANIB » AzadMedia.az

TAYVANDA

Tayvan Müdafiə Nazirliyi Çinin artan hərbi təzyiqləri fonunda ictimai hazırlığı gücləndirmək məqsədilə mülki müdafiə üzrə yenilənmiş təhlükəsizlik qaydalarını açıqlayıb.Bu, 2022-ci ildən bəri dərc olunan vətəndaşlara yönəlik təlimat kitabçasının üçüncü nəşridir. Sənəd hərbi təhdidlərdən dezinformasiya kampaniyalarına qədər fövqəladə hallara cavabla bağlı praktiki məlumat təqdim edir.

Taypeydə keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin sözçüsü polkovnik Çiao Fu-çun bildirib ki, yeni kitabça bütün vətəndaşlar üçün əlçatan olacaq şəkildə hazırlanıb: SİTAT “Fransa və Norveçin yanaşmalarından yararlandıq və mütəxəssislərlə müzakirələrdən sonra bu kitabçanı tamamladıq. Sadə mətn və şəkillərlə ifadə olunub ki, hər yaşdan insan asan başa düşə bilsin”. SİTATIN SONU
Ümumi Müdafiə Səfərbərlik Agentliyinin direktoru Şen Vey-çih isə vurğulayıb ki, son illərin qlobal münaqişələrindən çıxarılan dərslər bu dəyişikliklərin əsasını təşkil edib.

Qeyd edək ki, kitabçanın yenilənməsi Pekinin Tayvana qarşı davam edən hərbi manevrləri və siyasi təzyiqləri fonunda baş verir. Çin adanı öz ərazisi hesab edir.Rəsmilər bildiriblər ki, sənəd Tayvanın mülki dayanıqlığı artırmaqda qətiyyətini göstərir və cəmiyyətin həm ənənəvi, həm də hibrid təhlükələr qarşısında daha hazırlıqlı olmasına xidmət edir.

Избранный
2
1
azadmedia.az

2Источники