Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Lüksemburq Fələstini rəsmən tanıyır".
Bunu ölkənin Baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavye Bettel parlament komissiyasının iclasında bəyan ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RTL telekanalı məlumat verib.
Lüksemburq hökumətinin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstinin tanınması ilə bağlı Fransa, Böyük Britaniya, Kanada və Belçikaya qoşulacağı gözlənilir.
Telekanal qeyd edib ki, orada digər ölkələrlə razılaşdırıldıqdan sonra daha ətraflı məlumat veriləcək.
BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu, o cümlədən Avropa İttifaqı (Aİ) üzvləri İspaniya və İrlandiya da daxil olmaqla, Fələstini artıq tanıyıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.