RU

Hüquqşünaslıq üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların müvəffəqiyyət göstəricisi neçədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hüquqşünaslıq ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son üç imtahan üzrə peşə tanınmasında müvəffəqiyyət göstəricisi cəmi 21.5 faiz təşkil edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib:
"Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri, əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür. Belə ki, 2024-cü il oktyabrın 6-da DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 2025-ci il yanvarın 30-da təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib".
Məhərrəm Əliyev
Избранный
43
oxu.az

1Источники