RU

“Yegizarovun rolları aktyorlar üçün nümunədir”

ain.az bildirir, Olay.az portalına istinadən.

“Yegizarovun rolları aktyorlar üçün nümunədir”

“Hacı Murad Yegizarovun ifa etdiyi rollar aktyorlar üçün nümunədir”.

OLAY yazır ki, bunu Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, mərhum sənətkarla 35 illik dostluq münasibətlərindən söz açıb:

“Hacı Murad Yegizarov həmişə bizim üçün örnək olub. Biz kino və televizor anlayışı ilə hələ yeni tanış olanda Murad müəllim artıq filmlərdə bənzərsiz rollar yaratmışdı. Məhz həmin filmlərlə Azərbaycan kinosuna münasibətimiz və məhəbbətimiz formalaşıb”.

Ə.Hacıyev Xalq artistinin ifa etdiyi rolların aktyorlar üçün nümunə olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Azərbaycana gətirilib.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

(c) (Report.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
1
olay.az

2Источники