RU

BMT Qəzzada “soyqırımı” törədildiyini bildirir, İsrail XİN isə iddiaları “HAMAS ın yalanı” adlandırır

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail 2023-cü ilin oktyabrından Qəzzada “fələstinliləri məhv etmək niyyəti ilə soyqırımı” törədib.

APA AFP-yə istinadən xəbər verir ki, BMT-nin Fələstin ərazilərində hüquqların vəziyyəti ilə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının rəhbəri Navi Pillayın sözlərinə görə, Qəzzada soyqırımın baş verdiyinə və bu prosesin davam etdiyi qənaətinə gəliblər.

“Biz belə nəticəyə gəldik ki, Qəzzada soyqırımı baş verir və davam edir. Məsuliyyət İsrail dövlətinin üzərinə düşür”, - o vurğulayıb.

İsrail Xarici İşlər Nazirliyi Qəzzada soyqırımı iddiaları ilə bağlı BMT-nin hesabatını rədd edib.

İsrail XİN bunu “HAMAS-ın yalanı” adlandırıb və sənədi hazırlayan komissiyanın ləğv edilməsini tələb edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
6
apa.az

7Источники