RU

TKTA: Xaricdə ibtidai sinif müəllimliyi üzrə diplom alanların 90 faizi peşə tanınması imtahanında uğur qazanmayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

İbtidai sinif müəllimliyi ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 23-də təşkil olunan peşə imtahanında ibtidai sinif müəllimliyi ixtisası üzrə iştirak edən namizədlərin 90 faizi uğursuz nəticə əldə edib: “Sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib.

Uğursuz nəticələrin əsas hissəsi Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür.

Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.

 

Избранный
59
9
azertag.az

10Источники