RU

Sədr: "İbtidai sinif müəllimliyi üzrə imtahanda iştirakçıların 90%-i uğursuz nəticə əldə edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İbtidai sinif müəllimliyi ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 23-də təşkil olunan peşə imtahanında ibtidai sinif müəllimliyi ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib:
"Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız bir iştirakçı uğurlu nəticə əldə edib.
Qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir".
Məhərrəm Əliyev
Избранный
63
oxu.az

1Источники