RU

İran geosiyasi dəyişikliklərə niyə dözümsüz yanaşır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İranın yüksəkvəzifəli siyasətçiləri qlobal sistemdə güc balansını ya düzgün anlamır, ya da ümumiyyətlə anlamamaq inadından əl çəkmirlər. Halbuki, onlar dəyişikliklərə qarşı çıxmaq əvəzinə, geosiyasi transformasiyalara uyğunlaşmağı öyrənməlidirlər. Zəngəzur dəhlizinin yaradılmasını qəbul etmək İranın zəifliyi və ya uğursuzluğu kimi qiymətləndirilməməlidir".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu fikirləri tanınmış iranlı ekspert İslam Zulqədərpur "Irdiplomacy" saytında dərc olunan analitik məqaləsində bildirib.
Onun sözlərinə görə, Tehran xarici siyasətdə ciddi dəyişikliklərə getməlidir:
"Cənub-Qərbi Asiya bu gün əsas geosiyasi dəyişikliklərin mərkəzinə çevrilib. Regional və qlobal güclər buradakı proseslərə müdaxilə etməyə çalışır. Bu dəyişikliklərə uyğunlaşa bilməyən aktorlar strateji imkanlarını itirməklə yanaşı, öz maraqlarına da zidd addımlar atırlar. İran son üç ildə bölgədə strateji gücünü zəiflədən transformasiya prosesləri ilə üz-üzə qalıb. Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə olunan saziş isə İranın bu proseslərə passiv reaksiyasını nümayiş etdirən yeni nümunə ola bilər".
Ekspert qeyd edib ki, bu vəziyyət təkcə İranın maraqlarına zidd deyil, həm də onun 40 illik diplomatik fəaliyyətsizliyinin nəticəsidir:
"İran bölgədə emosional yanaşmalar əsasında siyasət qururdu. "Qafqaz İranın təsir dairəsidir və bizə məxsusdur!", "Əfqanıstan İranın strateji təsir dairəsidir və bizə məxsusdur!", Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Gürcüstan və s. kimi yanaşmalar geosiyasi reallıqdan uzaq idi. Nəticədə İran bu sivilizasiya məkanında təsir imkanlarını və resurslarını itirdi".
Zulqədərpurun fikrincə, Tehranın bu yanlış siyasəti nəticə etibarilə İrana qarşı siyasətin formalaşmasına gətirib çıxarıb:
"Üçtərəfli sazişin hazırlanması, imzalanması və Zəngəzur dəhlizinin gerçəkləşməsi yeni dünya düzəninin formalaşmasının bariz nümunəsidir. İranlı siyasətçilər bu prosesə uyğunlaşmalı, sərfəli imkanları əldən verməməlidirlər".
Ekspert vurğulayıb ki, İran rəhbərliyi yaxşı bilir: Zəngəzur dəhlizi Ermənistan ərazisinin bir hissəsidir və beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlər tərəfindən istifadə olunacaq beynəlxalq marşruta çevrilir.
"Lakin unutmaq olmaz ki, Ermənistan və ya başqa dövlətlər öz maraqlarına uyğun olaraq ərazisinin bir hissəsini başqalarına vermək, hətta satmaq hüququna malikdir. İranın və ya başqa bir ölkənin onların daxili və strateji qərarlarına qarışmaq səlahiyyəti yoxdur. Bəlkə də, artıq İran üçün Zəngəzur dəhlizindən faydalanan tərəflərdən birinə çevrilməyin və böyük güclərlə qarşıdurmadan qaçmağın vaxtıdır", - deyə o bildirib.
Избранный
15
1
oxu.az

3Источники