RU

Xuan Mata klubunu dəyişdi

style='margin-bottom:10px;'>

İspaniya millisinin sabiq üzvü, dünya çempionu Xuan Mata klubunu dəyşib.

QOL.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”dən Avstraliya çempionatında mübarizə aparan “Melbörn Viktori”yə keçib. Bu haqda klubun mətbuat xidmət məlumat yayıb. Mata ilə imzalanan müavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, X.Mata "Real"in akademiyasının yetirməsidir. O, karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi”, “Qalatasaray” və “Vissel Kobe” klublarında çıxış edib. Futbolçu 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.

Избранный
25
1
teleqraf.com

2Источники