RU

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

BAKI, 16 sentyabr. TELEQRAF

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb.

Teleqraf xəbər verir ki, o, Danimarkada yerli “Kopenhagen"lə Almaniyanın “Bayer Leverkuzen” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də keçiriləcək.

Избранный
35
teleqraf.com

1Источники